Böyükağa Hacıyevdən şok: "Qəsdən uduzduq"

Böyükağa Hacıyevdən şok: "Qəsdən uduzduq"
"Mən 15 il Naxçıvan klubunda çıxış etmişəm. Ona görə də bu komandaya qalib gəlmək düzgün olmazdı". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Space" telekanalında yayımlanan "Qol" verilişinin qonağı olan Hacıyev Premyer Liqanın I turunda "Araz Naxçıvan"a 0:3 hesabı ilə yenildikləri oyunla bağlı danışıb. Məşqçilər Komitəsinin üzvü qəsdən oynamadıqlarını etiraf edib: "Səfərə ikinci heyətin üzvlərini göndərdik. Ora gedən futbolçular da bilirdi ki, "Araz Naxçıvan" mənim komandamdı və onlara qalib gələ bilmərik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər