“Futbol vasitəsilə gənclərin sosial İnteqrasiyası və sağlam həyat tərzini təbliği” layihəsi çərçivəsində Beyləqan, Füzuli və Xocavənd rayonunlarını təmsil edın gənclər arasında mini futbol üzrə “Sağlam həyat tərzi uğrunda Kubok yarışları” keçirilib.
Fanat.az xəbər verir ki, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi, Beyləqan rayon İcra hakimiyyəti və Beyləqan rayon Gənclər və İdman İdarəsinin əməkdaşlığı ilə baş tutan və 4 gün ərzində davam edən turnirdə 8 komanda arasında playy-of qaydalarına uyğun mübarizə aparılıb.
Gərgin mübarizə nəticəsində finala Beyləqan rayonunun gənclərindən ibarət “Şəfəq” və Aşıqlı-1 komandaları vəsiqə qazanıb. Tamaşaçıların və gənclərin də böyük marağına səbəb olan final oyununda mübarizədən qalib ayrılan “Şəfəq” komandası turnirin qalibi adına layiq görülüb. İlk 3 yeri tutan komandalar Fəxri Diplom, kubokla və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Beyləqan, Füzuli və Xocavənd rayonundan olan gəncləri idman vasitəsilə sağlam həyat tərzi, reproduktiv sağlamlıqla bağlı məlumatlandırmaq və gənclərin asudə vaxtlarının təşkilində idmanın rolunu artırmaqdan ibarətdi. Layihənin vəzifələri isə Gənclər arasında Sağlam həyat tərzini və reproduktiv sağlamlığı təbliğ etmək, gənclərin zərərli vərdişlərdən uşaqlaşmasına yardım göstərmək və onların bu sahədə bacarıqlarını və məsuliyyətlərini artırmaq, İdman vasitəsi ilə sağlam həyat tərzinin təbliğini gücləndirmək və gənclərin asudə vaxtlarının təşkilində idmanın rolunu artırmaq, Sağlam həyat tərzinin təbliğində gənclər arasında əməkdaşlıq əlaqələrini gücləndirmək və sağlam həyat tərzinin təbliğində bələdiyyələr və icmaların, dövlət orqanlarının rolunu artırmaqdan ibarətdi. Layihə fərdi şəxs Ceyhun Quliyev tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.




Fanat.az