Bernardu Silva İspaniya nəhənglərinə təklif edildi

Bernardu Silva İspaniya nəhənglərinə təklif edildi

"Mançester Siti"nin portuqaliyalı vingeri Bernardu Silva İspaniya nəhənglərinə təklif olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb. 

Xəbərə görə, Silvanın xidmətləri həm "Real Madrid"ə, həm də "Barselona"ya təklif edilib. Mənbə futbolçunun agentinin ona yeni iş yeri axtardığını, "şəhərlilər"in isə Bernardunun satışından minimum 80 milyon avro qazanmağı hədəflədiyini açıqlayıb.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildə, 50 milyon avroya "Monako"dan transfer olunub. Onun Mançester təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. Ötən mövsüm 50 matça çıxan portuqaliyalı 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər