Aziz Yıldırım: "Pulumuz yoxdu, istəyən gedə bilər"

Aziz Yıldırım: "Pulumuz yoxdu, istəyən gedə bilər"
Aziz Yıldırım "Fənərbaxça"nın çətin vəziyyətdə olduğunu etiraf edib. Fanat.az xəbər verir ki, iki il avrokuboklardan kənarlaşdırılan klubun rəhbəri maliyyə problemləri ilə üzləşdiklərini bildirib.
Futbolçularla görüşən Yıldırım istəyən hər kəsin başqa kluba gedə biləcəyini deyib: "Hazırda klubda bu komandanı saxlamaq üçün pul yoxdu. İstəyən gedə bilər. Getmək istəyənə kömək edəcəyik".
Qeyd edək ki, artıq Miloş Krasiç klubu tərk edib. Serb futbolçu bir il icarə əsasında Fransanın "Bastiya" klubunda çıxış edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər