AZAL ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Freddi Mombonqonun хidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 67-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Freddi sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXX turda "Sumqayıt"a qarşı oynamayacaq.
Qeyd edək ki, Freddi bundan əvvəl "Sumqayıt", "Araz Naхçıvan" və "Simurq"la oyunlarda sarı vərəqə almışdı. O, cari mövsümdə 8 qol vurub və AZAL-ın bombardiridi.
Fanat.az