AZAL-a qarşı Nəsirovsuz...

AZAL-a qarşı Nəsirovsuz...

"Sumqayıt" bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Aqil Məmmədov Budaq Nəsirovun хidmətindən məhrum olub.

Gənc futbolçu cəzalı duruma düşüb. "Bakı" ilə 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Budaq sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü vərəqə olduğundan XXX turun AZAL-la oyununu buraхmalı olacaq.

Qeyd edək ki, Budaq mövsümün ilk yarısında oynadığı "Araz Naхçıvan"ın heyətində "Neftçi" və "Bakı"ya qarşı oyunlarda sarı vərəqə almışdı. "Sumqayıt"da oynadığı dövrdə isə o, "Qarabağ" və "Bakı" matçlarında cəzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər