Avropanın ən yaxşısı adına namizədlər - SİYAHI

Avropanın ən yaxşısı adına namizədlər - SİYAHI
UEFA Avropanın ən yaхşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Fanat.az хəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.
"10-luğ"a düşən futbolçvulardan 8-i Çempionlar Liqasının son finalında iştirak edib. Onlardan 5-i "Yuventus"un, 3-ü "Barselona"nın formasını geyinib. Həmçinin "Real"dan Kriştiano Ronaldo və "Çelsi"dən Eden Hazard ən yaхşı adına namizəddi.
Avropanın ən yaxşısına veriləcək mükafat Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi günü - avqustun 28-də təqdim olunacaq. Seçimlər isə UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında aparılacaq. Səsvermə hüququ olan hər kəs ən yaxşı hesab etdiyi 5 futbolçunun adını qeyd edəcək ki, birinci sırada adı çəkilən oyunçu 5, ikinci 4 xal alacaq. Sıralama və fallar bu şəkildə davam edəcək. 
Canluici Buffon (Yuventus, İtaliya), Eden Hazard (Çelsi, Belçika), Lionel Messi (Barselona, Argentina), Neymar (Barselona, Braziliya), Paul Poqba (Yuventus, Fransa), Andrea Pirlo (Yuventus, İtaliya), Kriştiano Ronaldo (Real, Portuqaliya), Luis Suares (Barselona, Uruqvay), Karlos Tevez (Yuventus, Argentina), Arturo Vidal (Yuventus, Çili).
Avropanın ən yaxşısı adına namizədlər - SİYAHI
 
Qeyd edək ki, siyahıda "Yuventus"un üzvü kimi göstərilən Andrea Pirlo və Karlos Tevez artıq komandanı tərk edib. Pirlo ABŞ-ın "Nyu York Siti", Tevez Argentinanın "Boka Xuniors" klubuna keçib.
Qitənin ən yafxşısı mükafatını daha əvvəl Lionel Messi (2011), Andreas İnyesta (2012), Frank Riberi (2013) və Kriştiano Ronaldo (2014) qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər