Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, 48 komanda 12 qrupa bölünüb.
Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" D qrupuna düşüb. Kazan təmsilçisi növbəti mərhələyə vəsiqə uğrunda İngiltərənin "Viqan", Sloveniyanın "Maribor" və Belçikanın "Sulte-Varegem" klubları ilə mübarizə aparacaq.
"Fənərbaxça" və "Beşiktaş"n Avropa Liqasından uzaqlaşdırılmasından sonra Türkiyənin turnirdəki yeganə təmsilçisi olan "Trabzonspor" J qrupunda İtaliyanın "Latsio", Polşanın "Legiya" və Cənubi Kiprin "Apollon" klubları ilə yarışacaqö.
"Xəzər Lənkəran"a 8:0 hesabı ilə qalib gələn Hayfa "Makkabi"si "Alkmaar", PAOK və "Şaxtyor"la yeni qrupda yer alıb.
"Qarabağ"ı "play-off" mərhələsində yenən Frankfurt "Ayntraxt"ı "Bordo", APOEL və Təl-Əviv "Makkabi"si ilə yeni qrupa düşüb. "İnter"i Avropa Liqasından kənarlaşdıran "Tromse" "Tottenhem", "Anji" və "Şerif"lə mübarizə aparacaq.
A qrupu
Valensiya (İspaniya)
Suonsi (İngiltərə)
Kuban (Rusiya)
Sent Qallen (İsveçrə)
B qrupu
PSV (Hollandiya)
Dinamo (Zaqreb, Xorvatiya)
Çernomorets (Ukrayna)
Ludoqorets (Bolqarıstan)
C qrupu
Standard (Belçika)
Salzburq (Avstriya)
Elfsborq (İsveç)
Esbyerq (Danimarka)
D qrupu
Rubin (Kazan, Rusiya)
Viqan (İngiltərə)
Maribor (Sloveniya)
Sulte Varegem (Belçika)
E qrupu
Fiorentina (İtaliya)
Dnepr (Ukrayna)
Pakos de Fereyra (Portuqaliya)
Panduri (Rumıniya)
F qrupu
Bordo (Fransa)
APOEL (Cənubi Kipr)
Ayntraxt (Almaniya)
Makkabi (Təl-Əviv, İsrail)
G qrupu
Dinamo (Kiyev, Ukrayna)
Genk (Belçika)
Rapid (Avstriya)
Tun (İsveçrə)
H qrupu
Sevilya (İspaniya)
Frayburq (Almaniya)
Eştoril (Portuqaliya)
Slovan (Çexiya)
İ qrupu
Olimpik (Lion, Fransa)
Betis (İspaniya)
Gimaraynş (Portuqaliya)
Rieka (Xorvatiya)
J qrupu
Latsio (İtaliya)
Trabzonspor (Türkiyə)
Legiya (Polşa)
Apollon (Cənubi Kipr)
K qrupu
Tottenhem (İngiltərə)
Anji (Rusiya)
Şerif (Moldova)
Tromse (Norveç)
L qrupu
Alkmaar (Hollandiya)
PAOK (Yunanıstan)
Makkabi (Hayfa, İsrail)
Şaxtyor (Qazaxıstan)
Fanat.az