Avroliqada 30 dəqiqəlik oyun

Avroliqada 30 dəqiqəlik oyun

Artıq Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, bu oyunlardan biri başa çatmayıb.

 

Belə ki, Hollandiyanın “Alkmaar” komandası ilə Yunanıstan “Atromitos”u arasındakı görüşün ikinci hissəsi oynanılarkən hakim matçı yarıda saxlamaq məcburiyyətində qalıb. Buna Hollandiya klubunun stadionunda yanğın baş verməsi səbəb olub. 

 

Qeyd edək ki, oyun 1:0 hesabıyla yunanların xeyrinə olarkən dayandırılıb. Qarşılaşmanın davamı dayandırıldığı yerdən, Bakı vaxtilə saat 14:00-da davam etdiriləcək.

İlk oyunda isə hollandlar səfərdə 3:1 hesabıyla qalib gəliblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər