Argentina 28 ildən sonra Amerika kubokunun qalibi oldu!

Argentina 28 ildən sonra Amerika kubokunun qalibi oldu!
Braziliyada təşkil olunan Amerika kubokuna yekun vurulub.
 
Fanat.Az-ın məlumatına görə, bu gün final oyunu keçirilib ki, həlledici qarşılaşmada meydan sahibi Braziliya əzəli rəqibi Argentina ilə üz-üzə gəlib.
 
"Marakana" stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. 22-ci dəqiqədə fərqlənən Anxel di Mariyanın qolu ilə dueldən qalib ayrılan argentinalılar 1993-cü ildən sonra ilk dəfə kuboka sahib çıxıblar.
 
İştirak etdiyi 29 finaldan 15-də sevinən Argentinanın bu qələbəsi dünya ulduzu Lionel Messi üçün də əlamətdar olub. O, karyerası ərzində milli ilə ilk tituluna yiyələnib.
 
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər