Araz Abdullayev sağaldı

Araz Abdullayev sağaldı
“Neftçi”nin kapitanı Araz Abdullayev komanda ilə məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra baldır damarlarındakı genişlənmə səbəbindən mikroəməliyyat olunmuşdu. 
Buna görə də o, komandanın Bakıdakı məşqlərinə qatıla bilməmişdi. Artıq futbolçu bir neçə gündü ki, tam sağalıb və komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən bir müddət hazırlıqdan kənarda qaldığı üçün ötən gün “Alanyaspor”la keçirilmiş qarşılaşmada meydana çıxmamışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər