Anxel Di Maria İspaniya nəhənginin hədəfində

Anxel Di Maria İspaniya nəhənginin hədəfində

"Barselona" "Yuventus"un futbolçusu Anxel Di Mariaya elçi düşüb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

Xəbərə görə, Kataloniya klubu yayda vingerin transferini həyata keçirməyi planlaşdırır. 

"Yuventus" maliyyə məsələləri səbəbilə 34 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yeniləmək fikrində deyil. Bundan faydalanmağa çalışan "Barselona" Di Marianı azad agent kimi almaq arzusundadır. 

Qeyd edək ki, argentinalı futbolçu 2022-ci ildən "Yuventus"da çıxış edir. O, cəmi 9 oyunda meydana çıxıb və 2 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər