Amerika Kubokunun ən yaxşıları açıqlandı

Amerika Kubokunun ən yaxşıları açıqlandı
Texniki araşdırmalar qrupu Amerika Kubokunun iki ən yaxşı futbolçusunun adını açıqlayıb.
Fanat.Az konfederasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi və Braziliya yığmasının forvardı Neymar turnirin ən yaxşıları olub.
KOMNEBOL-dan bir yox, iki futbolçunun ən yaxşı nominasiyasında qalib sayılmasını belə şərh ediblər: "Bu turnirdə ən yaxşı iki futbolçu varsa, birini seçmək düzgün olmazdı".
Neymar Amerika Kubokunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıbsa, 4 dəfə rəqib qapılarına yol tapan Messi 5 qola assistentlik edib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər