Amerika Kuboku: Yarımfinal oyununun ən yaxşısı bəlli oldu

Amerika Kuboku: Yarımfinal oyununun ən yaxşısı bəlli oldu
Amerika Kubokunun yarımfinalında keçirilən Argentina - Kolumbiya matçının əsas vaxtı heç-heçə ilə (1:1) yekunlaşdığı üçün görüş penaltilər seriyasına qədər uzadılıb. 
 
Fanat.Az xəbər verir ki, penalti zərbələrini daha dəqiq yerinə yetirən (3:2) Argentina seçməsi finala adını yazdırıb. 
 
Penaltilər seriyasında 3 dəfə rəqibin zərbəsini dəf edib argentinalı qapıçı Damiana Martinez yarımfinalın ən yaxşısı seçilib. 
 
Qeyd edək ki, oyunun 7-ci dəqiqəsində hesabı Argentina millisinin hücumçusu Lautaro Martinez açıb. Kolumbiyanın heyətində isə, 61-ci dəqiqəsində Luis Dias fərqlənib. 
Xatırladaq ki, Amerika kubokunun finalında Argentina millisi Braziliya yığması ilə qarşılaşacaq.
 
Emin 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər