Amerika Kuboku: 1/4 final cütləri müəyyənləşdi

Amerika Kuboku: 1/4 final cütləri müəyyənləşdi
Futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Fanat.Az xəbər verir ki, Braziliya Çiliyə, Peru Paraqvaya rəqib olub. Hər iki qarşılaşma iyulun 3-də olacaq.
İyulun 4-də isə Argentina Ekvadorla, Uruqvay Kolumbiya ilə üz-üzə gələcək. 
Qeyd edək ki, qrup mərhələsinin son oyunlarında Argentina Boliviyanı 4:1, Uruqvay isə Paraqvayı 1:0 hesabı ilə üstələyib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər