Ağır zədə gənc Emini birdəfəlik apardı

Ağır zədə gənc Emini birdəfəlik apardı

Gənc futbolçu Emin Əliyev karyerasını bitirib. Fanat.az xəbər verir ki, ötən mövsüm “Kəpəz”in uğurları üçün tər tökən və bir neçə qol vuran 23 yaşlı Emin ağır zədənin güdazına gedib.

Ayağı iki dəfə eyni nahiyədən sındığından heç bir klubla peşəkar müqaviləsi olmayan oyunçu səhhəti ilə risk etməmək qərarına gəlib. Nəticədə, perspektivli gənclərdən sayılan Əliyev potensialını tam açmamış yaşıl meydanlarla birdəfəlik vidalaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər