39 yaşlı hücumçu İspaniya Primyerasının tarixinə düşdü

39 yaşlı hücumçu İspaniya Primyerasının tarixinə düşdü

"Qranada"nın hücumçusu Xorxe Molina İspaniya Primyerasında yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Molina bu uğuru çempionatın 18-ci turunda - "Malyorka" ilə matçda (4:1) het-trik edərək reallaşdırıb.

O, 39 yaş 241 günlüyündə bir oyunda 3 qol vuraraq İspaniyanın elitasında het-trik edən ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, əvvəlki rekord "Real Betis"in yarımmüdafiəçisi Xoakin Sançesə məxsus idi. Sançes 2019/20 mövsümünün 16-cı turunda Bilbao "Atletik"inin qapısına 3 dəfə yol tapmışdı. Sözügedən yarımmüdafiəçi bu nəticəni 38 yaş 140 günlüyündə gerçəkləşdirmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər