Serbiya Super Liqasında XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "OFK Belqrad" doğma meydanda "Radniçki" ilə qarşılaşıb.
Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 15 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
Fanat.az