2015-ci ilin qol kralı: Reynaldo Silva...

2015-ci ilin qol kralı: Reynaldo Silva...
2015-ci ildə Topaz Premyer Liqasında və Azərbaycan Kubokunda vurulan qolların sayı müəyyənləşib. Fanat.az-ın hesablamalarına görə, iki turnirdə ümumilikdə 62 qol qeydə alınıb. Bunlardan 7-si avtoqol olaraq tariхə düşüb. 
Premyer Liqada 3 futbolçu 
Premyer Liqanın bu ilə təsadüf edən 8 turunun 32 oyununda 67 qol vurulub ki, bunun da 6-sı avtoqol kimi qeydə alınıb. Ən çoх "İnter"in futbolçuları fərqlənib - 12 qol (1-i avtoqol). "Qəbələ" 11 (2-si avtoqol), "Qarabağ" 10 (2-st avtoqol), "Simurq" və AZAL 9, "Neftçi" 7, "Xəzər Lənkəran" 5 (1-i avtoqol), "Bakı" və "Sumqayıt" isə 2 qol vurub.
Ən çoх fərqlənən futbolçular Reynaldo Silva və Freddi Mombonqodu. "Qarabağ"ın və AZAL-ın əcnəbiləri 5 dəfə rəqib qapılarına yol tapıb. "Simurq"dan Draqan Çeran komandasının uğuruna 4 qolla töhfə verib. 11 futbolçunun aktivində 2 qol var. Qalan 25 qola 21 ayrı futbolçu imza atıb. 6 avtoqol isə 6 ayrı futbolçunun passivindədi.

Premyer Liqa, bütün qollar

Futbolçu (klub)

Qol

Futbolçu (klub)

Qol

Reynaldo Silva (Qarabağ)

5

Rəşad Eyyubov (Simurq)

1

Freddi Mombonqo (AZAL)

5

Marko Stanoyeviç (Simurq)

1

Draqan Çeran (Simurq)

4

Rəşad Abdullayev (AZAL)

1

Viktor Mendi (Qəbələ)

2

Aydın Qasımov (AZAL)

1

Nikolas Kanales (Neftçi)

2

Nicat Qurbanov (AZAL)

1

Julius Vobay (Neftçi)

2

Valeri Kutsenko (AZAL)

1

Nurlan Novruzov (Bakı)

2

Samir Məsimov (Neftçi)

1

Ağabala Ramazanov (Xəzər)

2

Denis Silva (Neftçi)

1

Baçana Tsxadadze (İnter)

2

Flavinyo (Neftçi)

1

Əfran İsmayılov (İnter)

2

Maksim Medvedev (Qarabağ)

1

Junior Nildo (İnter)

2

İlqar Ələkbərov (Xəzər L)

1

Riçard Almeyda (Qarabağ)

2

Sadio Tounkara (Xəzər L)

1

Ruslan Abışov (Qəbələ)

2

M.Mirzəbəyov (İnter)

1

Samir Zərgərov (Simurq)

2

Matiya Şpiçiç (İnter)

1

Cavid Hüseynov (Qəbələ)

1

Elvin Məmmədov (İnter)

1

Viktor Mendi (Qəbələ)

1

Asif Məmmədov (İnter)

1

Ekiqo Ehiosun (Qəbələ)

1

Aleksandr Amisulaşvili (İnter)

1

Ürfan Abbasov (Qəbələ)

1

M.Qurbanov (Sumqayıt)

1

Aleksey Qay (Qəbələ)

1

Murad Ağayev (Sumqayıt)

1

Elnur Abdullayev (Simurq)

1

 

 

Premyer Liqa, avtoqollar

Futbolçu (klub)

Qol

Futbolçu (klub)

Qol

Namiq Ələsgərov (Qarabağ)

1

Elvin Mirzəyev (Xəzər L)

1

Vüqar Bəybalayev (Bakı)

1

Fuad Bayramov (İnter)

1

Azad Kərimov (Bakı)

1

Məqsəd İsayev (Neftçi)

1

Kubokda 2 dubl
2015-ci ilə təsadüf edən Azərbaycan Kubokunun 1/4 final mərləhəsinin 8 oyununda 17 qol vurulub. "Qarabağ"dan Vüqar Nadirov iki oyunda 4 qola imza atıb. "Qarabağ"dan Reynaldo Silva və "Simurq"dan Draqan Çeran 2 qol vurub. Qalan 8 qolda 8 futbolçunun imzası var. Kubokun yeganə avtoqolunun müəllifi "Xəzər Lənkəran"lı Alfred Sankodu.

Azərbaycan Kuboku, bütün qollar

Futbolçu (klub)

Qol

Futbolçu (klub)

Qol

Vüqar Nadirov (Qarabağ)

4

Əfran İsmayılov (İnter)

1

Reynaldo Silva (Qarabağ)

2

Benjamin Lambot (Simurq)

1

Draqan Çeran (Simurq)

2

Cavid Tağıyev (Qarabağ)

1

Mikel Alvaro (İnter)

1

Julius Vobay (Neftçi)

1

Asif Məmmədov (İnter)

1

Mahir Mədətov (Bakı)

1

Arif Daşdəmirov (İnter)

1

 

 

2015-in qol kralları: Reynaldo və Freddi
2015-ci ilin qol kralı Reynaldo Silvadı. "Qaarabağ"ın ulduzu 7 qolla komandasının uğurunda pay sahibi olub. "Simurq"dan Draqan Çeran 6 qolla onu izləyir. Aktivində 5 qol olan Freddi Mombonqo (AZAL) ancaq Premyer Liqada, 4 qol vuran Vüqar Nadirov (Qarabağ) isə yalnız kubokda fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər