19 yaşlı qoleador İspaniya nəhənginə keçir - MƏBLƏĞ

19 yaşlı qoleador İspaniya nəhənginə keçir - MƏBLƏĞ

"Atalanta"nın hücumçusu Rasmus Heylunn İtaliya çempionatını İspaniya La Liqasına dəyişə bilər.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun keçidində "Barselona" maraqlıdır. 

Kataloniyalılar danimarkalı gəncin transferi üçün 40 milyon avro ödəməyə hazırdır. "Barselona"dan başqa, bir neçə Premyer Liqa komandası da gənc hücumçu ilə maraqlanır.

Heylunn 2022-ci ilin yayında "Atalanta"ya keçib. Forvard İtaliya A Seriyasının cari mövsümündə 15 matçda dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər