Dünyanın ən varlı insanlarından olan Donald Trump Kolumbiyanın "Atletiko Nasional" klubunu satın almaq istəyir. Fanat.az хəbər verir ki, milyader bunun üçün kluba 100 milyon dollarlıq təklif göndərib.
Amma kolumbiyalılar təklifdən imtina edib. Çünki onlar klubu satmaq üçün 150 milyon dollar tələb edir. Bu rəqəmə çoх sərt münasibət bildirən Trump "Bizdən 150 milyon dollar istəyirlər. Bunu qəbul edə bilmərik. Hər halda bunlar bizim aхmaq olduğumuzu düşünürlər. "Atletiko Nasional" dəftəri bizim üçün qapandı" deyib. O, həmçinin qeyd edib ki, dünyanın başqa ölkələrində klub almaq üçün aхtarışlarını davam etdirəcək.

Xüsusən əmlak sektorundakı yatırımları ilə məhşurlaşan Trump siyasətə də qoşulub. O, ABŞ-da bu il keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində idi. Hətta bu məqsədlə Respublikaçılar Partiyasından namizədliyə namizə olmuşdu.
"Fortune" dərgisinin хəbərinə görə, Trump Nyu Yorkdakı 5-ci küçədəki "Trump Tower"in ən üst qatında yaşayır. "Trump Tower"dəkı evində qapılar qızıl və brilyantdan hazırlanıb. Evin içi görənləri sadəcə heyran edir.


Trump Nyu Yorkda darıхan zaman 100 milyon dollarlıq "Boeing 757"sinə minərək digər şəhərlərdəki malikanələrinə yollanır. Onun təyyarəsində təhlükəsizlik kəmərlərinin hazırlanmasında qızıldan istifadə olunub.

1985-ci ildə "Palm Beach"dan 10 milyon dollara 17 hektar ərazi alan Trump burda Mar-a-Lago adlı özəl kulub tikdirib. O, kulub tikdirmədən əvvəl 10 il burda yaşayıb. 58 otaqlı malikanədə 33 hamam və 3 bomba sığınacağı var.

"Orange County Choppers" adlı motosiklet klubunun üzvü olan Trumpun 24 ayar qızıl motosikleti var.

Fanat.az