Zidan: "Beyl bu məbləğə layiq deyil"

Zidan: "Beyl bu məbləğə layiq deyil"

Zinəddin Zidan Qaret Beylin transferinə ödənilən məbləğ haqda açıqlama verib. Fanat.az xəbər verir ki, Fransa televizyasına qonaq olan Zidan Beyl üçün bu qədər məbləğin niyə ödənildiyini anlamadığını söyləyib:

"Mən başa düşə bilmirəm. "Tottenhem"in futbolçusu üçün nəyə görə bu qədər məbləğ ödənilib. Beylə görə maksimum 91 milyon avro ödəmək olardı. 10 il bundan əvvəl mən "Real"a transfer olanda 75 milyon avro xərcləndi. Ürəyimdə o pula layiq olmadığımı bildirdim. Bu gün açıq deyirəm ki, bu qədər məbləğə layiq futbolçu yoxdu. Futbolçuya nəyə görə bu qədər pul xərcləndiyini başa düşmürəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər