"Acınacaqlı məğlubiyyət oldu" - Zaur Həşimov

"Acınacaqlı məğlubiyyət oldu" - Zaur Həşimov
“Acınacaqlı məğlubiyyət oldu. Sözün düzü, bütün məğlubiyyətlər bizə pis təsir edirdi, ancaq bu yenilgi daha acı oldu”.
Fanat.Az xəbər verir ki, bu sözləri “Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 8-i turunda bu gün səfərdə “Şamaxı”ya uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
“Şəfa” oyunda 2:0 öndə olsa da, meydan sahibləri sonda 3:2 hesab ilə qalib gəlməyi bacarıb. Z.Həşimov məğlubiyyəti belə şərh edib:
“Futbolçularımız pis çıxış etmirdilər. Hesabda 2:0 öndə olarkən öz səhvlərimizdən toplar buraxdıq. Detallı təhlildən sonra məğlubiyyətin səbəblərini daha aydın biləcəyik”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər