"Beşiktaş"ın kapitanı Orkun Kökçünün zədəsinin vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, türkiyəli futbolçunun topuğuna aldığı zərbə nəticəsində həmin nahiyədə göyərmə əmələ gəlib.
Yarımmüdafiəçinin zədəsinin ciddi xarakter daşımadığı qeyd olunub.
Orkun Kökçünün bazar ertəsi "Trabzonspor"la keçiriləcək matçda komandasına kömək edəcəyi gözlənilir.
Xatırladaq ki, futbolçu ötən gün UEFA Avropa Liqasının liqa mərhələsi çərçivəsində səfərdə “Hoffenhaym”la (Hoffenheim) üz-üzə gəldikləri oyunda (2:3) xəsarət alıb. Qarşılaşmanın ilk hissəsində zərbə alan Kökçü fasiləyədək meydanda qalsa da, ikinci hissədə onun əvəzinə başqa oyunçu meydana daxil olub.
Əlisahib İbrahimli