Azərbaycan 1-ci Liqasında 5-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə iki matç baş tutub.
MOİK autsayder "Baku Sportinq" üzərində əzmkar qələbə qazanıb.
Liderin ən yaxın izləyicisi "Gəncəbasar" isə "Karvan-Yevlax"la qarşılaşmada məğlubiyyətlə üzləşib. Gəncə təmsilçisi görüşdən xalsız ayrılmaqla, vahid liderlik şansını əldənverib.
Turun digər oyunlarında "Səbail" "Zaqatala"nı (3:1), "Şimal" "Mingəçevir"i (4:1), "Xankəndi" isə lider "Şahdağ Qusar"ı (1:0) üstələyib.
1-ci Liqa
5-ci tur
16 oktyabr
“Baku Sportinq” – MOİK 1:3
Qollar: E.Abdullayev, 25 - K.Quliyev, 36. E.Tağıyev, 43. V.Cəfərov, 90+4.
Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”.
“Karvan-Yevlax” – “Gəncəbasar” 2:1
Qollar: S.Quliyev, 4. S.Abdullayev, 32 - D.Açimi, 88.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu.