1-ci Liqanın 5-ci turunda "Səbail"ı qəbul edən "Zaqatala" 1:3 hesabı ilə uduzdu. Meydan sahiblərinin baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb məğlubiyyəti şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Nəticə gözlənilən idi. Hansı rəqiblə qarşılaşacağımızı bilirdik. Həm heyət, həm də oynadığı futbol baxımından çempionluğa ən real namizədlə üz-üzə gəldik. Heyətlərində Premyer Liqa təcrübəsi olan futbolçular cəmləşib. Əlbəttə ki, sensasiya etmək istəyimiz var idi, amma bunu həyata keçirə bilmədik. Təcrübəli futbolçulara qarşı oynamaq bizim gənclər üçün çətin idi. Buna baxmayaraq, mübarizə apardıq. Ardıcıl üç oyundur ki, çempionluğa oynayan komandalarla qarşılaşırıq. "Karvan-Yevlax", "Şahdağ Qusar" və "Səbail"dən sonra "Gəncəbasar"la üz-üzə gələcəyik. Təqvim əlavə çətinliklər yaradır. Mübarizəmizi davam etdirəcəyik. Nəyin necə olacağını zaman göstərəcək".
Nihat