"Belə oyunlar bizim üçün dərsdir" - Füzuli Məmmədov ilk yenilgini şərh etdi

"Belə oyunlar bizim üçün dərsdir" -  Füzuli Məmmədov ilk yenilgini şərh etdi
1-ci Liqanın 5-ci turunda Şamaxıda "Xankəndi"nin qonağı olan "Şahdağ Qusar" cari mövsümdə ilk məğlubiyyət acısını daddı - 0:1. Bunadək çıxdığı bütün çempionat matçlarında qələbə qazanan Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Matçın çətin olacağını bilirdik. Həftə ərzində oyuna səylə hazırlaşmışdıq. "Xankəndi"nin heyətindəki təcrübəli futbolçuların bizə problem yaradacaq səviyyədə olduğundan xəbərdar idik.
İlk hissə istədiyimiz məcarada getmədi. Xüsusilə, hücumda planlarımızı həyata keçirməyi bacarmadıq. Düzdür, rəqibin təzyiqlərinin qarşısını alırdıq, amma əks-hücumlar zamanı kəsərli həmlələr qura bilmədik. Çox sayda top itkilərimiz oldu. Özümüz isə hücum qurarkən tələskənlik edirdik. İkinci yarıda isə oyuna nəzarət bizdə idi. Bir neçə yüzfaizlik qol epizodu yaratdıq. Fasilədən sonra rəqib meydanın özünə aid hissəsinə çəkilmişdi. Düşünürdük ki, bir qol vurub matçın taleyini həll edəcəyik. Sona yaxın xırda bir səhvə yol verdik və qapımızda qol gördük. Yekunda komandamız məğlub oldu. Amma belə oyunlar bizim üçün dərsdir. Bu matçı təhlil edib futbolçuları məlumatlandıracaq, qarşıdakı oyunlara daha səylə hazırlaşacağıq. Növbəti turda "Səbail" ilə üz-üzə gələcəyik. Bu qarşılaşmadakı səhvləri onlarla görüşdə təkrarlamamalıyıq".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər