1-ci Liqanın 5-ci turunda "Şimal" "Mingəçevir" komandasının qonağı olub. Görüş meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Cari mövsümdə komandasının ilk qələbəsinə şahidlik edən Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Görüşə yaxşı və ciddi hazırlaşmışdıq. Bilirdik ki, rəqibin meydanında oynayırıq, azarkeşləri var və çətin olacaq. Matça doğrudan da yaxşı başladıq və oyunu ələ keçirməyi bacardıq. Əlimizə düşən qol imkanlarından istifadə etdik. Bir neçə fürsətimiz də var idi ki, onlardan yararlana bilmədik. Amma istədiyimiz məqamda fürsəti qola çevirə bildik. Çətin oyun idi. "Mingəçevir" komandası texnikalı komandadır. Yaxşı mübarizə apardılar. Bizim uşaqlar da meydanda çox yaxşı mübarizə apardılar, əsl döyüş nümayiş etdirdilər. Oyunda istədiyimiz bir çox şeyi həyata keçirə bildik. Çox sevinirik. Böyük məsafə qət etmişik və əziyyətimiz yerdə qalmadı. Bütün "Şimal" komandasını təbrik edirəm. Üç xal qazanmaq bizim üçün çox sevindirici haldır. Bundan sonra da növbəti oyunlara ciddi hazırlaşaraq xal qazanmağa davam edəcəyik".
Əlisahib İbrahimli