Zaur Svanadze təşəkkür etdi, ümid verdi

Zaur Svanadze təşəkkür etdi, ümid verdi
“İnter”in baş məşqçisi Zaur Svanadze "Laçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəsssi bunları deyib:  
 
"Çətin oyun oldu. Uşaqlar çox yoruldular. Onlarda daha güc qalmadı. 
Hazırlığa ayın 15-də start vermişdik. İlk məşqlərdə Lomaya və 5 gənc oyunçu var idi. Hər gün bir neçə oyunçu cəlb olundu. Bu vəziyyətdə belə oyun çətin idi. Uşaqlara təşəkkürümü bildirirəm. “Laçi” də güclü rəqib idi. Görək növbəti mərhələdə necə olacaq. Təbii ki, yeni oyunçular da olacaq.
 
Növbəti mərhələ üçün daha 4 futbolçunu sifariş verəcəyik. Əlimizdən gələni edəcəyik. Rəqibin kimliyindən də çox şey asılıdı. Çalışacağıq mərhələni adlayaq".
Qeyd edık ki, komandalar arasında hər iki oyun "sülh"lə başa çatıb - 1:1, 0:0. "İnter" səfər qolu sayəsində mərhələ keçib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər