"Laçi"yə qarşı oyun çətin olacaq. Meydana istədiyimiz nəticəni qazanmaq üçün çıхacağıq. Komanda oyuna tam hazırdı". Fanat.az хəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
"İnter" sabah Avropa Liqasının I təsnifxat mərhələsində "Laçi"ni qəbul edəcək. Gürcü mütəхəssis bu gün Bakıda mətbuat konfransı keçirərək fikirlərini bildirib: "Son bir həftə ərzində yaxşı hazırlaşdıq. Hamı özünü yaxşı hiss edir. Ümidləri doğruldub mərhələni keçmək istəyirik. Biz öz gücümüzü meydanda ortaya qoyacağıq. Uşaqlar da ciddi şəkildə hazırlaşırlar. Rəqib barədə analizlər aparmışıq. Bu gün futbolçularla da fikir mübadiləsi aparacağıq. İnanıram ki, vəzifəmizin öhdəsindən gələcəyik. 0:0 bizi qane edən nəticədi. Amma meydana qələbə əzmi ilə çıxacağıq".
Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə bitib.
Fanat.az