Yuri Syomin "Xəzər Lənkəran"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi komandasından razı qalıb:
"İlk dəfədi ki, qol buraxmadan oyun nümayiş etdiririk. Müdafiə xəttimiz yaxşı oynadı. Hücumçularımız aktiv çıxış etdi və çox yaxşı rəqib üzərində vacib qələbə qazandıq. Əvvəlki oyunlarımızı analiz edirdik, səhvlərimizi üzə çıxarıb, onların üzərində işləyirdik. Çoxlu qol vəziyyəti yaratsaq da, onlardan yaxşı yararlana bilmirik. Lakin bütün problemlərə rəğmən, bu gün yaxşı oynadıq".
Fanat.az