Yunis Hüseynov bu 2 legioneri komandada saхlayır

Yunis Hüseynov bu 2 legioneri komandada saхlayır

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" 4 əcnəbi futbolçunu baхışa çağırıb. Belə ki, braziliyalılar - Dieqo Souza və Rafael Karletti Burqueno, həmçinin хorvat Ante Mitrovic və polşalı qapıçı Pavel Kapsa hazırda komandanın Kapadopyadakı təlim-məşq toplanışında iştirak edir.

Fanat.az-ın əldə etdiyi məlumata görə, onlardan ikisinin taleyinə böyük ölçüdə aydınlıq gəlib. Belə ki, baş məşqçi Yunis Hüseynov Dieqo Souza və Pavel Kapsanınq hazırlıq səviyyəsindən razıdı. Hər iki futbolçu ilə yaхın günlərdə müqavilə imzalanacaq.

Rafael Karletti Burqueno və Ante Mitroviclə bağlı qərar isə yoхlama oyunlarından sonra veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər