Yığmamız "Çernomorets"i uddu

Yığmamız "Çernomorets"i uddu
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamızın rəqibi "Çernomorets" klubu olub.
Qarşılaşma 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib. 
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız "Kuban"ın əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər