Yığmamız Polşaya gedir

Yığmamız Polşaya gedir
Sentyabrın 7-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək. Fanat.az xəbər verir ki, yarışa hazırlaşan qadın güləşçilərimiz iyulun 24-26-da Polşanın paytaxtı Varşava şəhərində qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turnirdə iştirak edəcək. 
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Polşaya yollanan yığma komandanın heyətində 6 güləşçi yer alıb. Turnirdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) mübarizə aparacaq. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər