"Çempionatın başlamasına az müddət qalıb. Tez bir zamanda komandanı komplektləşdirib çempionata hazır etməliyik". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz TV"yə Vidadi Rzayev deyib.
"Kəpəz"in yeni baş məşqçisi iddialı danışıb: "Məşqçinin nəyə qadir olduğunu komandanın çətin vaxtlarında görmək olar. Mən də çalışacam ki, "Kəpəz"i yaxşı yerlərə aparım, yəni əlimdən gələni edəcəm. Gəncədə futbolçu çoxdu, yerli uşaqları toplayıb uğurlu nəticəyə hamımız ümid edirik. Mehman müəllimlə bir yerdə komandanı qalibiyyətlərə daşıya bilərik".
Fanat.az