Ukraynanın Olimpiya tarixində ilk - FOTOLAR

Ukraynanın Olimpiya tarixində ilk - FOTOLAR
Ukraynalı cüdoçu Daria Bilodid çıxış etdiyi idman növü üzrə ölkəsinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Tokio 2020-nin dünən baş tutan ilk yarış günündə 48 kiloqram çəki dərəcəsində  bürünc medal qazanan 20 yaşlı ikiqat dünya və Avropa çempionu, Ukraynanın Olimpiya Oyularında cüdo üzrə ilk qadın mükafatçısı olub.
Qeyd edək ki, Bilodid tarixin ən gənc dünya çempionu adına sahibdir. O, bu rekorda 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında 17 yaş 345 günlüyündə ikən nail olub.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər