Premyer Liqanın ilk 5 turunda istədiyi nəticələri qazana bilməyən "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak dünən axşam yeməyində hər kəsi təsirləndirib. Fanat.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplantışında olan klubun uelsli çalışdırıcısı tanınmış müğənni İlqar Muradovun “Bu dünyanı nağıl bilək” mahnısını dinləyərkən təsirli halda kənarda oturması heç kimin gözündən yayınmayıb.
Klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu həmin anları "Facebook" səhifəsində belə ifadə edib: "Axşam yeməyinde çox təsirləndiyim bir mənzərə oldu. "Bu dunyanı nağil bilək" musiqisi və çox qəmgin, düşüncəli halda oturmu Con Toşak... İfadə edə bilməyəcəyim qədər təsirli mənzərə idi".
Fanat.az