Toni Doblas gözündə qalan arzusundan danışdı

Toni Doblas gözündə qalan arzusundan danışdı

“Əvvəlcə mənə Bakıda məskunlaşacağımızı demişdilər. Amma biz paytaxtda yox, İranla həmsərhəd olan Lənkəranda qalırdıq. Ora Bakıdan çox uzaqdı”. Bu sözləri Avroliqanın 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”sinə ağır məğlubiyyətdən sonra (0:2, 0:8) “Xəzər Lənkəran”dan qovulan Toni Doblas deyib. 

Qapıçı böyük pullar qazanmaq arzusunun gözündə qaldığını vurğulayıb: “Orda keçirdiyim mövsüm bərbad alınmadı. Ölkə kubokunun finalında oyun sonrası penaltilərlə uduzduq. Avroliqada mübarizəni dayandıranda isə hər şey bitdi. Evimdən uzaqda böyük pullar qazanmaq arzum gözümdə qaldı. Nəticədə İspaniyaya qayıtmalı oldum.İndi bəzi ekzotik təkliflərim var. Ancaq dəyərləndirməyə tələsmirəm. Allahın işini bilmək olmaz. “Betis”in maraq dairəsinə düşə bilərəm. Bax, bu klubda lap 5-ci qapıçı olmağa da hazıram”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər