Tahir Süleymanov: “Mitreskinin gedəcəyini deyənlərin...”

Tahir Süleymanov: “Mitreskinin gedəcəyini deyənlərin...”

“Bilmirəm, bu söz-söhbətlər hardan qaynaqlanır. Mitreskinin yanvarda komandadan gedəcəyini deyənlərin məqsədi-məramı bəllidi. İstənilən futbolçu ehtiyatda qala və ya oyuna sonradan çıxa bilər. Kimin meydana çıxmasına məşqçilər korpusu qərar verir”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi cari mövsüm məşqçilər korpusunun güvənmədiyi makedoniyalı müdafiəçi ilə vidalaşmağı planlaşdırmadıqlarını vurğulayıb: “Ümumiyyətlə, belə plan yoxdu. Çempionatın cəmi 5 turu arxada qalıb və “Neftçi” liderlər qrupunda qərarlaşıb. Qış fasiləsinə çox qalıb. Mitreskinin klubla müqaviləsinin müddəti isə mövsümün sonunda bitəcək. İndidən öncəgörənlik edənləri anlamaq çətindi”.

Fanat.az

 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər