Türkiyənin PTT 1-ci liqasında XXV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Şanlıurfaspor"u qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 20-ci dəqiqədə Subaşiç açsa da, ikinci yarıda iki qol buraхan "Manisaspor" uduzub.
Qeyd edək ki, "Manisaspor" 25 turdan sonra 23 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az