PSJ-nin (Paris Saint-Germain) müdafiəçisi Nunu Mendeş (Nuno Mendes) zədə səbəbindən komandasının “Barselona” (Barcelona) ilə keçirəcəyi vacib qarşılaşmada iştirak edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
Mənbənin məlumatına görə, Fransanın paytaxtını təmsil edən klubun futbolçusu bud nahiyəsindən zədə alıb. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Portuqaliyalı müdafiəçinin yoxluğu PSJ-nin müdafiə xəttində ciddi itki hesab olunur. Komanda Çempionlar Liqasında “Barselona” ilə qarşılaşmaya hazırlaşarkən baş məşqçi heyətdə dəyişiklik etməli olacaq.
Qeyd edək ki, Nunu Mendeş PSJ-nin müdafiə xəttində əsas futbolçulardan biridir. Onun meydana qayıdacağı tarix bərpa prosesindən asılı olacaq.
Əlisahib İbrahimli