“Fənərbağça”nın (Fenerbahçe, Fenerbahce) hücumçusu Romelu Lukaku Belçika millisinin Türkiyə ilə oyunundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sözcü” yayıb.
Belçikalı futbolçu klubdakı vəziyyəti ilə bağlı rəhbərliklə danışacağını bildirib.
“Düşünürəm ki, orada keçmişə həddindən artıq diqqət yetirdilər. Son dörd mövsümdə transfer pəncərəsinin sonlarında komandaya qoşulmuşam və dərhal meydana çıxmışam. Bu, ilk dəfə baş vermir. Buna görə də mətbuat konfransında qəribə reaksiya verdim. Mənə fərqli yanaşa bilərdilər, amma bu məsələni yaxın zamanda klubla müzakirə edəcəyəm”, - deyə Lukaku bildirib.
Hücumçu vurduğu qoldan məmnun olduğunu da vurğulayıb. O, komandasının qələbə qazanmasının vacibliyini və nəticəyə töhfə verdiyi üçün sevindiyini qeyd edib.
Lukaku “Fənərbağça”ya qayıdaraq əsas heyətdəki yerini qazanmaq istədiyini də bildirib.
Əlisahib İbrahimli