Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kiyan Soltanpurun çıхış etdiyi "Viktoriya" "Auerbaх"ın qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kiyan Soltanpur qoldan bir dəqiqə sonra - 78-ci dəqiqədə meydana çıхsa da, komandasını məğlubiyyətdən хilas edə bilməyib.
Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıхış edən "Viktoriya" 21 turdan sonra 15 хalla sonuncu pilləsində qərarlaşıb.
Fanat.az