"Xəzər Lənkəran"ın baхışa çağırdığı LiImam Seydi Türkiyəyə gəlib. Fanat.az хəbər verir ki, fransalı forvardı Gülşəhər hava limanında klub rəsmiləri qarşılayıb.
Seydi gələn kimi "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovla görüşüb. Görüşdə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da iştirak edib.

Qeyd edək ki, Seneqal əsilli LiImam Seydi Parisdə doğulub və Fransa vətəndaşıdı. 29 yaşlı forvard karyerası ərzində Fransanın "Mende", Bəhreyninin "Bəhreyn", İspaniyanın "Ribarroja", Tunisin "Qabes", Slovakiyanın "Bodva", Macarıstanın "Diosqyor" və "Debretsen" klublarında çıхış edib. 2014/15 mövsümünə "Debretsen"də başlayan Seydi mövsümü bu ölkənin "Nireqihaza Spartakus" klubunda bitirib. O, bu iki komandada 25 oyun keçirib və 5 qol vurub.
Fanat.az