Çempionlar Liqasının oyununu yayımlayan "Le TV"də maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yatıb.
Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu matçı izləyənlər televiziyadan eşidib. Digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib.
Artıq "Le TV" rəhbərliyi onunla bağlı qərar verib. Şərhçi işdən qovulub.
Qeyd edək ki, "Real" - PSJ matçı Bakı vaхtı ilə saat 23.45-də başlamışdı. Həmin vaхt Çində gecə saat 04.45 idi.
Fanat.az