AVRO-2016-nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.
Fanat.az xəbər verir ki, Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.
Qeyd edək ki, Emil U-21-in martın 22-dən 28-ə qədər Bakıda keçirilən toplanışına dəvət almışdı. Hazırda A millimizdə ondan başqa daha iki qapıçı var: Kamran Ağayev (Kayserispor) və Andrey Popoviç (Sumqayıt).
Fanat.az