“Səcdə edərkən tribunaların...”

“Səcdə edərkən tribunaların...”

“Nəticəni müsbət sayıram. Əsas odu ki, İsrail səfərindən xalla qayıtdıq”. Bu sözləri Fanat.az-a müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qanda baş tutan İsrail – Azərbaycan oyununda debüt edən Qara Qarayev deyib.

1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ikinci hissəsində meydana çıxanadək millinin formasını 4 yoldaşlıq görüşündə geyən Qara rəsmi oyunda "siftə"sini dəyərləndirib: “Həyəcanlı deyildim. Məşqçinin mənə şans verəcəyi anı səbirsizliklə gözləyirdim. Şadam ki, hər şey yaxşı alındı. Millidə oynamaq fəxrdi”.

“Qarabağ”ın yarımmüdafiəçisi matçın final fiti verilərkən səcdə etdiyi və yerli fanatlat tərəfindən fitə basıldığı anları da yada salıb: “Səcdə edərkən tribunaların reaksiyasına önəm vermədim. Həmin an ürəyimdən bunu etmək gəldi. Başqa heç nəyi nəzərə almadım”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər