Saşayla Arifin klubu uçurum kənarındadı

Saşayla Arifin klubu uçurum kənarındadı

Azərbaycanlı futbolçuların - Arif İsayevlə Saşa Yunisoğlunun formasını geydiyi “Dənizlispor” ciddi problemlə üzləşib. Fanat.az xəbər verir ki, PTT liqasında çıxış edən “xoruzlar”ın aşağı dəstəyə göndərilmək təhlükəsi var.

Bu haqda Dənizli təmsilçisinin vitse-prezidenti Cahit Özdemir yerli mətbuata danışıb: “Komandamızda top qovmuşgəlmə futbolçulara olan borcumuzu - 2 milyon 450 min avronun 500 minini sentyabrın 15-də ödəməsək, ağır cəzayla üzləşə bilərik. “Dənizlispor”a transfer qadağası qoyulması, hesabından xal silinməsi, hətta klubun aşağı dəstəyə göndərilməsi də mümkündü. Borcumuzu ilin sonunadək tam ödəməliyik. Bu qədər pulu haradan alacağımızı bilmirik. 3 milyard dollar civarında ixracatı olan sənaye şəhərində kluba bir qəpik yardım edən tapılmır. “Dənizlispor”un taleyi heç kimi maraqlandırmır”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər