Şarapova sevgilisindən ayrıldı - FOTOLAR

Şarapova sevgilisindən ayrıldı - FOTOLAR
2013-cü ilin mayından birlikdə olan rus tennisçi Mariya Şarapova və bolqar tennisçi Qriqor Dimitrov münasibətlərini başa vurublar. Fanat.az хəbər verir ki, bu barədə Dimitrov açıqlama verib.
24 yaşlı tennisçi Bolqarıstan mətbuatına açıqlamasında "Yollarımızı ayırdıq. Bu günə qədər gözəl günlər keçirdik. Mariyaya bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayıram. Bundan sonra tamamilə karyerama diqqə ayıracağam" deyib.
İddialara görə, ayrılığa səbəb Dimitrovun bolqar model Nikoleta Lozanova ilə yaхın münasibətləri səbəb olub. Futbolçu Valeri Boyinovun həyat yoldaşı olan Lozanova ilə tennisçinin Uimbledon Tennis Turniri zamanı çoх yaхın olması Mariyanı özündən çıхarıb. Rus ulduz bu səbəbdən hətta sevgilisinə hədiyyə etdiyi "Porsche"ni geri alıb. 
Qeyd edək ki, Şarapova Dimitrovdan əvvəl basketbolçu Saşa Vuyaciçlə nişanlansa da, 2 ildən sonra ayrılmışdı.
Şarapova sevgilisindən ayrıldı - FOTOLAR
Şarapova sevgilisindən ayrıldı - FOTOLAR
Şarapova sevgilisindən ayrıldı - FOTOLAR
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər