Ruslan Qurbanov: "Çernoqoriyaya elə-belə gəlməmişik"

Ruslan Qurbanov: "Çernoqoriyaya elə-belə gəlməmişik"

“Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inanıram”. Fanat.az xəbər verir ki, bu sözləri  Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” – “Neftçi” matçı öncəsi “ağ-qaralar”ın futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

 

Rəqibin müdafiədən oynayacağını gözlədiklərini bildirən yarımmüdafiəçi mərhələ adlamaq şanslarının olduğunu bildirib: “Biz Çernoqoriyaya elə-belə gəlməmişik. “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çunki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək bu əla olacaq, amma, tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər